Dünya

Hindistanda bank mühafizəçisi maskasız müştəriyə atəş açıb

Hindistanda bankın mühafizəçisi qoruyucu maska geyməkdən imtina edən müştəriyə atəş açıb.
“Report” xəbər verir ki, bu barədə “India Today” bildirib.
Hadisə Uttar-Pradeş ştatında olub. Dəmir yolu işçisi Raceş Kumar qoruyucu maskasız banka daxil olmağa çalışıb. Bu, mühafizəçi ilə münaqişəyə səbəb olub. Bank işçisi tapançasını çıxararaq, müştəriyə atəş açıb.
Hadisə nəticəsində xəsarət alan müştəri xəstəxanaya yerləşdirilib, o, şüursuz vəziyyətdədir. Mühafizəçi saxlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button