Dünya

Hindistanda COVID-19-dan ölənlərin sayında antirekord qeydə alınıb

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ölkədə ötən gün ərzində 267 334 nəfərin koronavirusa yoluxduğunu aşkar edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, ölkədə pandemiya dövründə koronavirusa yoluxmuşların ümumi sayı 25 496 330-a çatıb.
Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, ötən sutka ərzində koronavirusdan 4 529 nəfər ölüb. Bu, Hindistanda ölümlərin sayında qeydə alınan ardıcıl ikinci sutkalıq anti-rekorddur. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 283 248-ə çatıb.
Sutkalıq ölü sayı bu ay ərzində artıq doqquzuncu dəfədir ki, 4 mini keçir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button