Dünya

Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

Hindistanda ötən gün ərzində 348 421 nəfər koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə pandemiya dövrü ərzində yoluxanların ümumi sayı 23 340 938-ə çatıb.
Hindistanda koronavirusla əlaqəli gündəlik ölüm sayında növbəti anti-rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 4 205 nəfər koronavirus səbəbilə həyatını itirib və ümumi ölü sayı 254 197-yə çatıb.
Ölü sayında əvvəlki sutkalıq rekord mayın 8-də qeydə alınıb ​​və 4 187 nəfər təşkil edib. Bundan əvvəlki anti-rekord isə mayın 6-da qeydə alınıb – 3 980 nəfər.
Hindistan koronavirusa yoluxmanların ümumi sayına görə dünyada ikinci yeri (ABŞ-dan sonra), infeksiya səbəbilə ölənlərin sayına görə isə üçüncü yeri tutur (ABŞ və Braziliyadan sonra).

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button