Dünya

Hindistanda fırtına səbəbindən 38 nəfər ölüb

Son iki gündə Hindistanın qərbində tüğyan edən “Tauktae” fırtına tsiklonu ən azı 38 nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə məlumatı PTI xəbər agentliyi yayıb.
“Tauktae”nin özü ilə gətirdiyi güclü küləklər və yağışlar Qucarat ştatında ən az 13 nəfərin, Maharaştra ştatında isə ən azı 17 nəfərin ölümünə səbəb olub. Bir qədər öncə Karnataka ştatında 8 nəfərin ölüdüyü bildirilib.
Fırtına səbəbindən Qucarat ştatında 16 mindən çox, Maharaştra ştatında isə 11 mindən çox evə zərər dəyib.
Hazırda “Tauktae” Qujarat sahillərindən şimal-şərqə doğru irəliləyir və güclü yağış yağır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button