Dünya

Hindistanda koronavirusa yoluxanların sayı 29 milyonu keçib

Ötən gün Hindistanda koronavirusa 92 596 yeni yoluxma hadisəsi qeydə alınıb. Bununla da pandemiya baş qaldırandan indiyədək Hindistanda koronavirusa yoluxanların ümumi sayı 29 089 069 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, son 24 saat ərzində ölüm hadisələrinin sayı 2 219 olub və ümumi ölüm sayı 353 528 nəfərə çatıb.
Artıq iki gündür ki, Hindistanda gündəlik yoluxma sayı 100 min nəfərdən aşağı olur. Bu baxımdan ən yüksək göstərici mayın 7-də qeydə alınıb. Həmin gün yoluxma sayı 414 188 olub.
Məlumata görə, ölüm sayında azalma ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşmasından xəbər verir.
Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikinci (ABŞ-dan sonra), ölüm hallarının sayına görə isə üçüncü (ABŞ və Braziliyadan sonra) yeri tutur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button