Dünya

Hindistanda koronavirusa yoluxanların sayı 29 milyonu ötüb

Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 91 227 yeni yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Hindistanda virusa yoluxma hallarının sayı 29 088 176-ya çatıb.
Son 24 saatda ölkədə koronavirusdan 2 213 insan ölüb və ölənlərin sayı 353 557-yə çatıb.
COVID-19-a yoluxan 27,4 milyondan çox insan sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button