Dünya

Hindistanda koronavirusa yoluxanların sayı ilk dəfə 200 mindən az olub

Hindistanda sutka ərzində koronavirusa yoluxmuş xəstələrin sayı aprelin ortalarından bəri ilk dəfə 200 mindən az olub. Belə ki, ötən gün 196 427 nəfər COVID-19-a yoluxub, 326 850 nəfər xəstəlikdən sağalıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin son məlumatlarına görə, ölkədə COVID-19-a yoluxmuş xəstələrin ümumi sayı 26,9 milyonu keçib, 24 milyondan çox insan sağalıb, 307 mindən çox xəstə ölüb, müalicə alanların sayı isə 2,5 milyon nəfərdir.
Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button