Dünya

Hindistanda koronavirusun yeni variantında artım var

Hindistan hökuməti ötən gün koronavirusun Delta variantının yoluxma gücü daha çox olan “Delta Plus” mutasiyasına 40 nəfərin yoluxduğunu açıqlayıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, buna Maharaştra, Kerala, Madhya Pradeş ştatlarında rast gəlinib.
İlk dəfə iyunun 11-də mətbuat vasitəsilə açıqlanan “Delta Plus”la bağlı (K417N) ayın 16-na olan vəziyyətə görə yoluxma 11 ölkədə, ABŞ-da (83 yoluxan), Böyük Britaniyada (36), Hindistanda (8), İsveçrədə (18), Kanadada (1), Nepalda (3), Polşada (9), Portuqaliyada (22), Rusiyada (1), Türkiyədə (1), Yaponiyada (15) qeydə alınıb. Hələlik sözügedən variantdan ölüm halı baş verməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button