Dünya

Hindistanda “qara kif”ə yoluxanların sayı 40 min nəfəri ötdü

Hindistan həkimləri “qara kif” xəstəliyinə 40,8 min yoluxma halını aşkarlayıblar.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın səhiyyə naziri Xarş Vardxan bildirib.
Qeyd edilir ki, xəstəliyin aşkarlandığı 3 000-dən çox pasiyent dünyasını dəyişib.
“Göbələkşəkilli infeksiyalardan ölüm sayı 3 129 hal təşkil edib, eyni zamanda ümumilikdə 40 845 yoluxma halı qeydə alınıb”, – nazir brifinqin gedişatında deyib.
“Qara kif” xəstəliyi tibb dünyasında mukormikoz adlanır. İmmun sistemi zəif olanlar, diabet xəstələri və artıq çəkili insanlar bu xəstəliyə yoluxa bilərlər. Xəstəliyin əlaməti yüksək temperatur, nəfəs darlığı, sinə və baş ağrısı, gözlərdə şişkinlik, üzün təktərəfli şişməsi, burun içi və üzdə qaralıqlar, yaddaş azlığıdır.
“Qara kif” xəstəliyi Meksikada da aşkarlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button