Dünya

Hindistanda virusdan ölənlərin sayı 303 mini ötüb

Hindistanda ötən gün ərzində daha 222 835 nəfər koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 26 751 681-ə çatıb.
Həmçinin qeyd olunub ki, ötən sutka ərzində koronavirusdan 4 455 nəfər ölüb. Bununla da Hindistan üzrə koronavirusdan ölənlərin ümumi sayı 303 751-ə çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button