İqtisadiyyat

Hindistandan Rusiyaya yola salınacaq ilk müntəzəm yük qatarı Azərbaycandan keçəcək

Bu ilin iyun ayında “Rusiya Dəmir Yolları”nın (RDY) törəmə şirkəti olan “RDY Logistika” Hindistandan Rusiyaya müntəzəm yük (konteyner) qatarını yola salmağı planlaşdırır ki, onun marşrutu digər ölkələrlə yanaşı, Azərbaycandan da keçəcək.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RDY Logistika”nın baş direktoru Dmitri Murev deyib.
Onun sözlərinə görə, indiyədək qatarlar yalnız Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca sınaq rejimində hərəkət edirdi.
“Biz daha bir qatarı buraxmağı planlaşdırırıq, sınaq deyil, müntəzəm rejimdə. Dəmiryol xəttinin (İranda) olmaması daşımaların təşkilində bizə mane olmur. Bəli, orada avtomobil yolları var, amma bu, hər halda multimodal xidmətdir”, – D. Murev qeyd edib.
İran ərazisində, Rəşt və Astara yaşayış məntəqələri arasındakı 250 km uzunluğunda dəmir yolunun tikintisinin bir hissəsi hələ tamamlanmayıb və işlərin nə vaxt başa çatacağı hələ bəlli deyil.
D. Murev yaranan problemi yolun əkinçilik ərazilərdən keçməsi və bu məsələyə dair İran hökumətinin hələ qərar verilmədiyi ilə izah edib. Bununla yanaşı, tikinti işlərinin aparılması üçün investor da tapılmayıb.
“İran ətrafında mövcud sanksiya rejimi, əlbəttə ki, mane olur və layihəyə qoşula biləcək beynəlxalq oyunçular vəziyyətin necə inkişaf edəcəyini gözləyirlər”, – deyə D. Murev bildirib.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizinin uzunluğu 7,2 min km-dir və Sankt-Peterburq ilə Hindistanın Mumbay şəhərlərini birləşdirir. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button