İdman

Hökumət Bakıda iki kütləvi yarışın keçirilməsinə icazə verdi

Nazirlər Kabineti yanında Operativ Qərargah may ayında təşkil ediləcək bədii gimnastika üzrə Dünya kubokunu və idman aerobikası üzrə  Dünya çempionatını Bakıda keçirməyə icazə verib.

Dünya kuboku 7 – 9 may, Dünya çempionatı isə 21 – 23 may və 27 – 29 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bu, pandemiya başladıqdan sonra Azərbaycanda ilk kütləvi yarışma olacaq. Bağlı idman tədbirləri arasında əvvəllər yalnız bir dəfə – Azərbaycan milli komandasının iştirakı ilə Avropa çempionatının futzal seçmə oyunları üçün rəqib komanda Bakıya gələndə istisna edilmişdi.

Qərargah, bu yarışların keçən ildən təxirə salındığını nəzərə alaraq Dünya kuboku və Dünya çempionatının keçirilməsi təklifini bəyənib. Həmçinin nəzərə alınıb ki, Bakıda keçiriləcək Dünya kuboku Tokio Olimpiadasına vəsiqə qazandırır və baxımdan onun keçirilməsi mütləqdir.

Təbii ki, Azərbaycan Gimnastika Federasiyası qarşısında karantin rejiminin bütün tələblərinə əməl olunması və yarışların tamaşaçısız keçirilməsi şərti qoyulub.

Onu da vurğulamağa dəyər ki, xarici nümayəndə heyətlərinin gəlişi, artıq bir ildən çoxdur turistlərin olmaması ilə əlaqədar boş olan Bakı otellərinin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button