İqtisadiyyat

Honkonqda hərraca çıxarılan brilyant 12 mln. dollara satılıb

Honkonqda cümə günü “Sotheby’s” auksionunda 101,38 karatlıq armud formalı D rəng kateqoriyasına aid olan brilyant 12 mln. ABŞ dollarına satılıb. İlk dəfədir ki, belə bir bahalı lot kriptovalyuta ilə ödənilə bilər, lakin alıcının bu fürsətdən istifadə edib-etməyəcəyi məlum deyil.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, hərrac 50 mln. Honkonq dollarından (6,44 mln. ABŞ dolları) başladı. Bir neçə dəqiqədən sonra, heç kimin müdaxilə etməyə cürət etmədiyi 81 mln. Honkonq dolları (10,43 mln. dollar) məbləğində maksimum təklif irəli sürülüb. Hərrac evindən bildirilib ki, bütün ödənişlər və komissiyalarla lotun son qiyməti 95,135 mln. Honkonq dollarına (12,25 mln. dollar) çatıb.
Alıcının adı açıqlanmayıb. Həmçinin, onun lotu kriptovalyuta ilə ödəmək imkanından istifadə edəcəyi və ya adi pulla ödəyəcəyi hələ məlum deyil.
“The Key 10138” adını alan brilyantın təxmin edilən dəyəri 10-15 mln. dollar arasında dəyişirdi. Bu, hərraca çıxarılan və kriptovalyuta ilə alına biləcək ən bahalı daşdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button