Cəmiyyət

Hövsan yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan yolunda iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Vəliyev Asim Nazim oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button