Dünya

Hulusi Akar: “Əfqanıstan müzakirələri Türkiyənin arzuladığı kimi irəliləyir”

“Əfqanıstanla bağlı müzakirələrimiz Türkiyənin arzuladığı şəkildə faydalı şəkildə irəliləyir”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
O, Əfqanıstan paytaxtı Kabuldakı hava limanı ilə bağlı danışıqların, görüşlərin davam etdiyini deyib: “Biz əfqan qardaşlarımızın mənfəətini düşünürük. Həmid Karzay adına hava limanı bağlanarsa, Avropa İttifaqı, NATO-ya üzv ölkələr oradakı diplomatik missiyaları çıxarmağa məcbur olacaqlar. Çünki hava limanı bağlanarsa, əmin-amanlıq olmaz, əlaqə və nəqliyyat olmaz. Ona görə də Əfqanıstanda heç bir ölkə qalmaz. Belə şəraitdə dövlət təcrid halına düşər. Bu da qəbuledilməzdir. Əfqan qardaşlarımız, NATO, Avropa İttifaqı, ABŞ və başqa ölkələrlə görüşürük. 20 ildir Türkiyə Əfqanıstandadır. İndiyədək heç bir hərbi əməliyyatda itirak etməmişik”.
Hulusi Akar “Taliban” silahlı qruplaşmasının təsir dairəsinin genişləndirdiyinə diqqəti çəkərək vəziyyəti izlədiklərini və Türkiyəyə Əfqanıstandan qaçqınların gəldiyini də vurğulayıb: “Taliban”ın təsir dairəsini genişləndirməsi rəsmi hesabatlarda olmasa da, bunun bəzi izlərini görür və vəziyyəti izləyirik. Özbəkistan və Tacikistanın sərhəd təhlükəsizliyi çox vacibdir. NATO-nun 360 dərəcə nəzəriyyəsi çərçivəsində fəaliyyətimiz davam etdiririk. Hər hansı çətinliyimiz yoxdur”.
Xatırladaq ki, “Taliban” qruplaşması Əfqanıstanda qalacağ halda Türkiyə Silahlı Qüvvələrinə qarşı vuruşacağını bəyan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button