Siyasət

Hulusi Akar: “Qarabağdakı atəşkəs yeni fürsət yaradır”

Keçən il Azərbaycan və Ermənistan arasında əldə edilmiş atəşkəs yeni bir səhifənin açılması üçün əhəmiyyətli fürsət yaradır.

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ABŞ-ın “RealClearDefense” nəşrində çap edilən 1915-ci il hadisələri ilə bağlı məqaləsində belə deyilir.

Akar bildirib ki, Türkiyə 2021-ci ilin fevralında Ermənistandakı çevriliş cəhdini rədd edən və qınayan ilk ölkələrdən biri olub.

“Təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsəti təkcə Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. Ermənistan liderləri Türkiyənin bu ölkəyə göndərdiyi mesajları dinləyib, sülhü seçsələr, bunun bütün bölgə üçün siyasi və iqtisadi mənfəətləri olacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button