İqtisadiyyat

İƏT-in energetika nazirlərinin 4-cü iclası keçiriləcək

İyunun 22-23-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) enerji üzrə yüksək səviyyəli mütəxəssislər qrupunun 4-cü iclası keçiriləcək.
“APA-Economics” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla yanaşı iyunun 24-də İƏT-in energetika nazirlərinin 4-cü iclası keçiriləcək.
İclaslar onlayn olaraq təşkil olunacaq.
Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə yaradılıb. Təşkilatın 10 üzv ölkəsi var (Türkiyə, İran, Pakistan, Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button