Cəmiyyət

“İceland” dondurmalarının istehsalçısı cərimələnib |

“Camal LTD” şirkəti cərimələnib.
“Report”un məlumatına görə, protokol Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim İlkin Xəlilovun icraatındadır.
Şirkətə prokotol İnzibati Xətalar Məcəlləsinin 428.7.1- ci (müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib olunub.
Bu xətaya görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Camal LTD” şirkəti 1998-ci ildən “İceland” ticarət markası altında dondurma məhsullarını istehsal edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button