Cəmiyyət

İdarə rəisi: “Məsuliyyət “Azərsu” ASC-nin üzərinə düşür”

“Buzovna və bir sıra ərazilərdə çirkab sularının dənizə axıdılması ilə bağlı faktlar var. Hazırda bu məsələ araşdırılır. Problemin həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.
O bildirib ki, çirkab sularının idarə olunması ilə bağlı məsuliyyət “Azərsu” ASC-nin üzərinə düşür: “Bu məsələ maddiyyat tələb etsə də, qarşısı mütləq alınmalıdır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button