İqtisadiyyat

İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşan su anbarı, yarımstansiya və su elektrik stansiyası ilə tanış olublar

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində müvafiq istiqamətlər üzrə 10-dan artıq İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi qrupların müntəzəm fəaliyyətləri davam edir. Bu gün Əlaqələndirmə Qərargahının rəhbərinin tapşırığına əsasən, Enerji təhlükəsizliyi və Ekoloji məsələlər üzrə İşçi qruplarının işğaldan azad olunmuş Ağdam rayonunda birgə iclası keçiriləcək”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Suqovuşanda media nümayəndələrinə açıqlamasında deyib.
N. Süleymanovun sözlərinə görə, Suqovuşana səfərin məqsədi görülmüş bərpa-quruculuq işləri yerində tanış olmaqdır: “Suqovuşan su anbarı, Suqovuşanda yarımstansiya və su elektrik stansiyası ilə tanışlıqdan sonra Ağdama səfər nəzərdə tutulub. Ağdamda “Ağdam 1” və “Ağdam 2” yarımstansiyaları ilə tanışlıq olacaq. Ondan sonra İşçi Qrupların birgə iclası keçiriləcək və müvafiq gündəliyə uyğun olaraq nəzərdə tutulan məsələlərin ətraflı şəkildə müzakirə ediləcək. Əlaqələndirmə Qərargahı birmənalı şəkildə Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifə və tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir və bu istiqamətdə öz işini davamlı, sistemli şəkildə bütün İşçi Qrup üzvləri ilə aidiyyəti dövlət qurumlarının birgə iştirakı ilə əlaqələndirmə şəklində həyata keçirməkdədir”.
Qeyd edək ki, Əlaqələndirmə Qərargahına Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button