İqtisadiyyat

IEA 2021-2024-cü illərdə qlobal qaz tələbatı ilə bağlı proqnozunu açıqlayıb

Qaza olan qlobal tələbat 2024-cü ildə pandemiyadan əvvəlki göstərici (2019-cu il) ilə müqayisədə 6,9% artacaq və 4 277 mlrd. kubmetr təşkil edəcək.
“APA-Economics”in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, 2020-ci ildə qaza olan qlobal tələbat 3 926 mlrd. kubmetr olub, bu da illik müqayisədə 1,9% azdır.
Agentliyin proqnozuna əsasən, qlobal tələbat 2021-ci ildə 4 069 mlrd. kubmetr, 2022-ci ildə 4 127 mlrd. kubmetr, 2023-cü ildə isə 4 205 mlrd. kubmetr təşkil edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button