İqtisadiyyat

IEA neftə tələbatın 2022-ci ildə bərpa olunacağını proqnozlaşdırır

Dünyada neft olan tələbat böhrandan əvvəlki səviyyəyədək 2020-ci ildə bərpa olunacaq. Gündəlik tələbatın 100 mln. bareli ötəcəyi gözlənilir.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun hesabatında deyilir.
Agentlik qeyd edir ki, bu ssenaridə “OPEC+” sazişindən neft ixracatçıları tələbatı ödəmək üçün istehsal məhdudiyyətlərini yumşaltmalı olacaqlar.
IEA-in mütəxəssislərinin fikrincə, qlobal neft tələbatı 2021-ci ildə sutkada 5,4 mln. barel, 2022-ci ildə isə 3,1 mln. barel artacaq.
“Neft istehlakı bərpa olunmağa davam edəcək və heç bir dəyişiklik baş verməsə, 2022-ci ilin sonunadək 100,6 mln. barelə çatacaq”, – hesabatda deyilir.
Beləliklə, IV rübün əvvəlinə qədər dünya böhrandan əvvəlki tələbat səviyyəsinə qayıdacaq.
Agentlik qeyd edir ki, inkişaf etmiş ölkələrin neft ehtiyatları keçən ilin yazında böhran başladıqdan bəri ilk dəfə beşillik orta göstəricisindən aşağı düşüb. 2020-ci ilin iyul ayından qlobal neft ehtiyatları tarixi maksimuma (3,22 mlrd. barel) çatdıqdan sonra gündəlik orta hesabla 1,1 mln. barel azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button