İqtisadiyyat

IEA qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 0,3 mln. barel azaldıb.
“APA-Economics”in IEA-ın aylıq hesabatına istinadən verdiyi məlumata görə, beləliklə, bu il neftə olan gündəlik tələbat 5,4 mln. barel artaraq (öncəki proqnoz – 5,7 mln. barel) 96,4 mln. barel təşkil edəcək.
Qeyd edilir ki, proqnozdakı pisləşmə, digər amillər ilə yanaşı, ABŞ və Avropada 2021-ci ilin I rübündə gözləniləndən daha az neft istehlakının olması və COVID-19 pandemiyasının Hindistandakı yeni dalğası fonunda ölkədə tələbin azalması ilə əlaqədardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button