İdman

II turun son oyunları keçiriləcək

AVRO-2020-nin qrup mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq daha 3 oyunla II tura yekun vurulacaq.
Öncə “ölüm qrupu” olan F qrupunda tura start veriləcək. İlk görüşdə Almaniya üzərində çətin qələbə qazanan Fransa millisi autsayder Macarıstanın qonağı olacaq. Fransızlar favorit sayıldıqları cütlükdə sensasiyaya imkan verməsə, adını 1/8 finala yazdıracaq.
Turun mərkəzi matçı “Allyans Arena”da baş tutacaq. Almaniya yığması Münhendə qonaq qismində son çempion Portuqaliya önünə çıxacaq. Turnirə Macarıstan üzərində inamlı qələbə ilə start götürən Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Bundestimi məğlub edərsə, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək.
Günün son görüşü ilə E qrupunda II tura yekun vurulacaq. Birinci oyunlarında qələbə qazana bilməyən İspaniya ilə Polşa Sevilyada üz-üzə gələcək. Bu cütlükdə məğlub olan tərəf yoluna davam etmək şansını azaldacaq. Bu qrupun bir gün əvvəl keçirilən digər görüşündə İsveç Slovakiyanı 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, buna qədər İtaliya, Belçika və Niderland 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
AVRO-2020II tur, 19 iyun
F qrupu17:00. Macarıstan – FransaBaş hakim: Maykl Oliver (İngiltərə)Budapeşt. “Puşkaş Arena”
20:00. Portuqaliya – AlmaniyaBaş hakim: Antoni Teylor (İngiltərə)Münhen. “Allyans Arena”

1

Portuqaliya

1

1

0

0

3-0

3

2

Fransa

1

1

0

0

1-0

3

3

Almaniya

1

0

0

1

0-1

0

4

Macarıstan

1

0

0

1

0-3

0

E qrupu23:00. İspaniya – PolşaBaş hakim: Daniele Orsato (İtaliya)Sevilya. “La Kartuya” stadionu

1

İsveç

2

1

1

0

1-0

4

2

Slovakiya

2

1

0

1

2-2

3

3

İspaniya

1

0

1

0

0-0

1

4

Polşa

1

0

0

1

1-2

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button