İqtisadiyyat

İKZF-yə MİDA üçün ötən il ayrılan büdcə vəsaitinin 50 mln. manatı istifadəsiz qalıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) 2020-ci ilin dövlət büdcəsindən 90 mln. manat ayrılıb.
“APA-Economics”in “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəyə istinadən verdiyi məlumata görə, sözügedən məbləğin 70 mln. manatı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılıb.
Beləliklə, ayrılmış 70 mln. manat vəsaitin ilin sonuna 50 mln. manat istifadəsiz saxlanılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button