Cəmiyyət

İlin ilk Ay tutulması başa çatdı – YENİLƏNİB – 2

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.
“Report” xəbər verir ki, tam tutulma Bakı vaxtı ilə saat 13:44:57-də başlamışdı.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.
Qeyd edək ki, ilin ikinci və son Ay tutulması noyabrın 19-da qeydə alınacaq.
13.45
Bu ilin ilk Ay tutulması başlayıb.
“Report”un xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə 16:52:23-də sona çatacaq.
09:31
Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
“Report”un xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.
Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button