Cəmiyyət

İmişlidə bazarda baş vermiş yanğın söndürülüb – YENİLƏNİB – 2 – VİDEO

İmişli şəhərində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində məhdudlaşdırılaraq saat 20:30-da söndürülüb.
Bu barədə “Report” FHN-ə istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.
20:28
İmişli rayonunda mərkəzi bazarda yanğın baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə meyvə-tərəvəz satılan hissədə qeydə alınıb.
Alov anidən güclənib, daha sonra geyim əşyası olan hissələrə yayılıb. Yanğının miqyası genişlənərək ətraf əraziləri də cənginə alıb. Yanğının söndürülməsi üçün əraziyə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlər müxtəlif istiqamətlərdən su şırnaqları vurmaqla yanğının qarşısı almağa çalışırlar.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
18:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
FHN-dən “Report”a bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button