Cəmiyyət

İmişlidə naməlum kişi meyiti tapılıb – FOTO

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə “Platina” adlanan Araz çayından ayrılan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.
Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 171 santimetrdir. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 050-359-03-33; 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button