Siyasət

İmran Xan Azərbaycan Prezidentini təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İstiqlal.az xəbər verir ki, qardaş ölkənin Baş naziri 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik edib. İmran Xan məktubunda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənən iki qardaş ölkə arasındakı strateji əlaqələrə toxunub. Baş nazir Azərbaycanın yeni azad edilmiş rayonlarının yenidən qurulmasında fəal rol oynamaq arzusunu da dilə gətirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button