İqtisadiyyat

İndoneziya və Çin aralarındakı hesablaşmalarda dollardan imtina edib

İndoneziya Çinlə hesablaşmaları milli valyutalarla – İndoneziya rupisi və yuanda həyata keçirməyə başlayır.
“APA-Economics”in “CNBC Indonesia” portalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcio (Perry Vargio) bildirib.
“İndoneziya və Çinin milli valyutalarında hesablaşmalara keçidlə bağlı bütün texniki işlər tamamlanıb”, – deyə Mərkəzi Bank rəhbəri mətbuat konfransı zamanı qeyd edib.
O, hesablamalarda dollardan imtina İndoneziya ixracatının artmasına səbəb olacağına ümid etdiyini bildirib.
2020-ci ilin sentyabr ayında İndoneziya və Çinin mərkəzi bankları milli valyutaların istifadəsini təşviq etmək məqsədilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
İndoneziya həmçinin Malayziya, Tailand və Yaponiya ilə də milli valyutada hesablaşmalara keçib.
Xatırladaq ki, İndoneziya Ticarət Nazirliyinin məlumatlarına görə, 2020-ci ildə ada ölkəsi və Çinin ticarət dövriyyəsinin həcmi 71,4 mlrd. dollar təşkil edib. İndoneziyanın Çinə ixracı 2019-cu ilə nisbətən 13,62% artaraq 31,7 mlrd. dollara çatıb. İdxal isə 2019-cu illə müqayisədə 11,8% azalaraq 39,6 mlrd. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button