Dünya

İnfeksionist: “Gürcüstanın quru sərhədləri açılacaq”

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi müzakirə olunur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini, infeksionist Paata İmnadze deyib.
O, məsələ ilə bağlı müsbət qərarın gözlənildiyini bildirib.
P.İmnadze qeyd edib ki, yay turizmi mövsümündə Gürcüstanın cəlbedici və təhlükəsiz ölkə olması üçün bütün addımlar atılıb.
Qeyd edək ki, qonşu ölkə quru sərhədlərini yayın əvvəlində açmağı planlaşdırır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button