İqtisadiyyat

İngiltərə Bankının əməkdaşları həftədə bir gün ofisdən işçiləyəcək

Bu ilin sentyabr ayından etibarən İngiltərə Bankı (Bank of England) əməkdaşlarının iş saatlarını dəyişdirəcək. İşçilərin əksəriyyəti həftədə yalnız bir gün ofisində çalışacaq, qalan günləri isə məsafədən işləyəcəklər.
“APA-Economics”in məlumatına görə, dəyişikliklər barədə bankın baş əməliyyat direktoru Coanna Pleys (Joanna Place) elan edib.
Pandemiyanın başlanğıcından bu günə qədər İngiltərə Bankının işçilərinin çoxu evdən işləyir, işlərini məsafədən qura bilməyən əməkdaşların yalnız 5%-i ofisə gəlir. Pandemiyadan əvvəl (2019-cu ildə) bank işçilərinin yalnız 5%-i məsafədən işləyirdi. Bundan əlavə, bankın hesablamaları göstərir ki, pandemiyadan əvvəl əməkdaşlar hər gün işə gedib-gəlmək üçün ümumiyyətlə 10 min saat vaxt sərf edib.
C. Pleysin sözlərinə görə, daha çevik iş modelinə keçid məsələsini nəzərdən keçirərkən, bank pandemiya ilə əlaqədar vəziyyəti və işçilərin istəklərini nəzərə alıb. İş rejimi ilə əlaqədar bankın əməkdaşları arasında aparılan daxili sorğu nəticəsində məlum olub ki, işçilərin əksəriyyəti həftənin ən azı iki gününü məsafədən işləməyə üstünlük verir.
Hələlik test rejimində tətbiq olunacaq yeni qaydalara uyğun olaraq, işçilərin şəxsən iştirakını tələb edən şöbələr üzrə ümumi tədbirlərin keçirildiyi günlərdə əməkdaşlar ofisə gəlməlidirlər. Belə günlər isə həftədə ən azı bir dəfə olur. Digər günlərdə ofisə gəlmək və ya məsafədən işləmək qərarının işçilər özləri verəcək. Bank ofisə gələn işçilərin sayının tədricən artacağını gözləyir, lakin bunun tezliklə baş vermə ehtimalı olmadığını qeyd edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button