İdman

İngiltərə Çexiya ilə, Şotlandiya Xorvatiya ilə qarşılaşacaq

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçiriləcək.
Baş tutacaq qarşılaşmalarla D qrupunda mübarizəyə yekun vurulacaq. 1/8 finala yüksələn ilk iki yerin sahibi bu matçlarda bəlli olacaq. Həmçinin qrup üçüncüsü kimi tur adlayan daha bir komanda bu gün bilinəcək.
İlk iki turda 4 xal toplayan Çexiya və İngiltərə “Uembli”də qarşılaşacaq. Hər iki komandaya mübarizəni davam etdirmək üçün 1 xal da kifayətdir.
Aktivində 1 xal olan Xorvatiya ilə Şotlandiya Qlazqoda qarşılaşacaq. Rəqiblər bu görüşdə mütləq qalib gəlməlidir. Bu, ya ikinci yerə yiyələnmək imkanı verəcək, ya da qrup üçüncüsü kimi 1/8 finala yüksəlmək şansı yaradacaq. 
Qeyd edək ki, qrup mərhələsinə iyunun 23-də yekun vurulacaq. 
AVRO-2020III tur, 22 iyunD qrupu23:00. Xorvatiya – ŞotlandiyaBaş hakim: Fernando Andres Rapallini (Argentina)Qlazqo. “Hempden Park” stadionu
23:00. Çexiya – İngiltərəBaş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)London. “Uembli” stadionu

1

Çexiya

2

1

1

0

3-1

4

2

İngiltərə

2

1

1

0

1-0

4

3

Xorvatiya

2

0

1

1

1-2

1

4

Şotlandiya

2

0

1

1

0-2

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button