İdman

İngiltərə ilk dəfə finala yüksəlib

AVRO-2020-də yarımfinal mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə bir matç baş tutub.
Londondakı “Uembli” stadionunda İngiltərə millisi Danimarkanı qəbul edib. Futbolun yaradıcıları matçın favoriti olsalar da, hesabı çempionatın sürpriz komandası açıb. 
30-cu dəqiqədə Mikkel Damsqaard fərqlənib. Bu, çempionatın ilk beş oyununda qapısını toxunulmaz saxlayan İngiltərə millisinin buraxdığı ilk qol olub.
Lakin danimarkalıların sevinci uzun sürməyib. Cəmi 9 dəqiqə sonra Simon Kyer topu öz qapısına vurub.
İkinci hissəsi qolsuz bitən matçın taleyi əlavə vaxtda həll olunub. Harri Keyn penalti zərbəsini qaçırsa da, qapıçının qaytardığı topu çərçivəyə göndərib. Bu qol İngiltərəni tarixində ilk dəfə Avropa çempionatının finalına daşıyıb.
Qeyd edək ki, AVRO-2020-nin finalı iyulun 11-də baş tutacaq.
AVRO-2020Yarımfinal7 iyul23:00. İngiltərə – Danimarka – 2:1Qollar: Simon Kyer, 39 (avtoqol), Harri Keyn, 104 – Mikkel Damsqaard, 30Baş hakim: Danni Makkeli (Niderland)London. “Uembli” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button