İdman

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlanıb

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün təqvimi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 38 turdan ibarət olacaq mövsüm ərzində 380 oyun keçiriləcək.
Yeni mövsümə avqustun 14-də start veriləcək. İlk turdaca azarkeşləri maraqlı duel gözləyir. Çempion “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olacaq. “Liverpul” və “Arsenal” da mövsümə səfər oyunu ilə başlayacaq. Onlar müvafiq olaraq “Norviç” və “Brentford”la qarşılaşacaq. Digər iddialılardan “Çelsi” doğma meydanında “Kristal Pelas”ı, “Mançester Yunayted” isə “Lids”i qəbul edəcək.
II və III turdan “Arsenal”la “Çelsi”ni çətin matçlar gözləyir. Bu komandalar əvvəlcə 21 avqustda başlayacaq II turda “topçular”ın meydanında bir-birlərinə rəqib olacaq. Bir həftə sonra “Çelsi” “Liverpul”un, “Arsenal” isə “Mançester Siti”nin qonağı olacaq.
Çempionluğa əsas favoritlər “Liverpul”la “Mançester Siti”nin dueli VII tura təsadüf edəcək. Bundan bir tur əvvəl “Çelsi” ilə səfərdə görüşəcək “şəhərlilər” oktyabrın ilk günlərində “Enfild Roud”da “Liverpul” sınağına çıxacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button