İdman

İngiltərə qrup qalibi olub, Xorvatiya 1/8 finala yüksəlib

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.
Baş tutan qarşılaşmalarla D qrupunda mübarizəyə yekun vurulub. Bununla 1/8 finala yüksələn ilk iki yerin sahibi də bəlli olub.
İlk iki turda 4 xal toplayan Çexiya və İngiltərə “Uembli”də qarşılaşıb. Rəqibini 1 cavabsız qolla üstələyən ingilislər qrup birincisi kimi növbəti mərhələyə adlayıb.
Aktivində 1 xal olan Xorvatiya ilə Şotlandiya Qlazqoda qarşılaşıb. Çexiyanın büdrəməsindən məharətlə yararlanan xorvatlar qələbə qazanaraq ikinci yeri tutublar. Çexiya isə A qrupundakı İsveçrədən sonra qrup üçüncüsü kimi yoluna davam etmək hüququ qazanıb.
Beləliklə, İtaliya, Uels, İsveçrə, Belçika, Danimarka, Niderland, Avstriya, İsveç, Fransa, İngiltərə və Çexiyadan sonra Xorvatiya da AVRO-2020-nin 1/8 finalında iştirak imkanı əldə edib.
Qeyd edək ki, iyunun 23-də E və F qruplarında keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.
AVRO-2020III tur, 22 iyunD qrupu23:00. Xorvatiya – Şotlandiya – 3:1Qollar: Nikola Vlaşiç, 17, Luka Modriç, 62, İvan Perişiç, 77 – Kallum Makqreqor, 42Baş hakim: Fernando Andres Rapallini (Argentina)Qlazqo. “Hempden Park” stadionu
23:00. Çexiya – İngiltərə – 0:1Qol: Rahim Sterlinq, 12Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)London. “Uembli” stadionu

1

İngiltərə

3
2

1

0

2-0
7

2

Xorvatiya
3

1

1

1
4-3

4

3

Çexiya
3
1

1

1

3-2
4

4

Şotlandiya

3

0

1

2
1-5

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button