İdman

İngiltərə Şotlandiya ilə heç-heçə edib

AVRO-2020-nin D qrupunda II tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, günün son qarşılaşmasında Britaniya derbisi baş tutub.
“Uembli” stadionunda keçirilən görüşdə əzəli rəqiblər İngiltərə ilə Şotlandiya üz-üzə gəliblər. Birinci turda Xorvatiyanı üstələyən Qaret Sautqeytin yetirmələri bu uğuru təkrarlamaqla 1/8 hədəfini reallaşdırmaq əzmində idi. Çexiyaya uduzan şotlandlar isə turnirdə ilk xallarını qazanmaq istəyirdi.
İngiltərə yığmasının cüzi üstünlüyü şəraitində keçən matçın birinci hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra daha maraqlı mübarizə gedib. Qarşılıqlı hücumlara baxmayaraq, komandalar yenə tablodakı sıfırları dəyişə bilməyib. Nəticədə Şotlandiya qitə birinciliyində ilk xalını əldə edib. 
Qeyd edək ki, qrupun Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.
AVRO-2020II tur, 18 iyunD qrupu20:00. İngiltərə – Şotlandiya – 0:0Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)London. “Uembli” stadionu

1

Çexiya

2

1

1

0

3-1

4

2

İngiltərə

2

1

1

0

1-0

4

3

Xorvatiya

2

0

1

1

1-2

1

4

Şotlandiya

2

0

1

1

0-2

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button