İdman

İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq

AVRO-2020-nin final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 3 oyun keçiriləcək.
Günə D qrupunda start veriləcək. Yarışın favoritlərindən olan İngiltərə millisi Xorvatiya ilə görüşəcək. Bu görüş Londonda baş tutacaq.
Digər iki matç C qrupunda keçiriləcək. Avstriya yarışın debütantı Şimali Makedoniyanı sınağa çəkəcək.
Günə Amsterdamda yekun vurulacaq. Niderland yığması Ukrayna ilə görüşəcək.
Qeyd edək ki, ilk tura iyunun 15-də yekun vurulacaq.
AVRO-2020I tur, 13 iyunD qrupu17:00. İngiltərə – XorvatiyaBaş hakim: Daniele Orsato (İtaliya)London. “Uembli” stadionu
C qrupu20:00. Avstriya – Şimali MakedoniyaBaş hakim: Andreas Ekberq (İsveç)Buxarest. “Nasional” stadionu
23:00. Niderland – UkraynaBaş hakim: Feliks Brix (Almaniya)Amsterdam. Yohan Kroyf Arena

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button