İqtisadiyyat

İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlərin uçotunun aparılması qaydası dəyişib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Qərar “Telekommunikasiya haqqında” Qanunun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button