İqtisadiyyat

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

“InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerika Mərkəzi Bankın (FED) inkişaf və faiz artımı proqnozlarını yüksəltməsindən sonra EURUSD məzənnəsi ucuzlaşmağa başlayıb və 1.18$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, FED sədri Povelin çərşənbə axşamı Bakı vaxtı ilə saat 22:00-da parlament qarşısında çıxışı da önəmli rol oynayacaq.
GBP
GBPUSD məzənnəsi də yüksələn dollar indeksindən asılı olaraq ucuzlaşır  və 1.36$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Cümə axşamı isə İngiltərə Mərkəzi Bankı gələcək siyasətini açıqlayacaq.
TRY
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.
OIL
Amerikada neft ehtiyatlarının azalması xəbərlərindən sonra Brentin qiyməti bahalaşmaqda davam edir. 74$-ın qırılması ilə bir barel üzrə qiymət 78$-a kimi də dəyər qazana bilər. Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in siyasətini sərtləşdirməsinə dair açıqlamaları qızılın da ucuzlaşmasına səbəb olub. Beləliklə, 1766$-ın (56.8 $/qram) qırılması ilə 1706$-a (54.9 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button