İqtisadiyyat

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

“InvestAZ“ investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avrozona üzrə risklərin artması, EURUSD məzənnəsinin 1.19$-da müqavimətlə rastlaşmasına və ucuzlaşma ehtimallının güclənməsinə səbəb olmuşdur.
Təhlillərə əsasən, avro 1.19$-ın altında qalarsa, 1.16$-a kimi ucuzlaşa bilər.
GBP
İngiltərədə çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi GBPUSD məzənnəsi də 1.39$-da müqavimətlə rastlaşıb.
Beləliklə, funt sterlinq sözügedən səviyyənin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
TRY
USDTRY məzənnəsi son bir aydır təqribən 8.60 – 8.70 aralığında dalğalanmaqdadır. Burada trendin müşahidə edilməməsi isə investorların çərşənbə günü saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını gözləmələri ilə əlaqədardır.
OIL
Enerji birjalarında Avropanın Brent neftinin qiymətində korreksiya müşahidə edilir və bu, qlobal iqtisadi risklərin artması ilə əlaqədardır. Lakin yenidən 72$-ın üzərində dəstək görərək, dəyər qazanan bir barel üzrə qiymət 76$-ı qırarsa, 82$-a çata bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında FED-in istiqraz alışı proqramını vaxtından tez dayandıracağı ehtimalları, qızılın 1800$-ın (57.9 $/qram) üzərində müqavimətlə rastlaşmasına səbəb olur. 1 797$-ın (57.8 $/qram) qırılması ilə ucuzlaşma 1 775$-a (57.1 $/qram) kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button