İqtisadiyyat

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

“InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, iqtisadçılar əmin olmaq üçün əlavə siqnallar da görmək istəyirlər. Bu səbəbdən dolların qiymətində korreksiya, avronun qiymətində bahalaşma müşahidə edilir.
Lakin hazırda 1.2170$-a ticarət edilən EURUSD məzənnəsinin, yenidən 1.2230$-da müqavimətlə rastlaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransında, veriləcək açıqlamalar da önəmli rol oynayacaqdır.
GBP
GBPUSD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.42$-ın altında dalğalanmaqdadır. Bununla yanaşı, İngiltərənin xarici ticarətinin Breksitdən mənfi təsirlənəcəyi narahatlığı da investorların diqqət mərkəzindədir. Beləliklə, məzənnə 1.41$-a kimi ucuzlaşa bilər.
Cümə günü saat 10:00-da İngiltərədən yayımlanacaq sənaye və xarici ticarət dövriyyəsi ilə bağlı göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
TRY
Türkiyədə inflyasiyanın ehtimal edilənin altında açıqlanmasından sonra lirədə ucuzlaşma dinamikası zəifləyib. Hazırda 8.67TL ətrafında ticarət edilən USDTRY məzənnəsinin gələcək qiymətinə, cümə günü saat 11:00-da yayımlanacaq daxili ticarət dövriyyəsi ilə bağlı məlumatlar da təsir edəcəkdir.
Neft
Amerikada neft ehtiyatlarının 5 milyon barel azalması xəbərlərindən sonra Brentin qiyməti iki ilin müqavimətini qırmışdı. Hazırda 71.56$-a ticarət edilən bir barel qiymət, 76$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
Qızıl
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1893$-da müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb. 1880$-ın (60.5 $/qram) qırılması ilə ucuzlaşma 1855$-a (59.6 $/qram) kimi davam edə bilər. 
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button