İqtisadiyyat

İqlim dəyişikliyi yeni zərərvericilərin ortaya çıxmasına səbəb ola bilər

Cənubi Qafqaz regionunda artan temperatur və yağıntı miqdarı yeni zərərvericilərin ortaya çıxmasına səbəb ola bilər. Bu da hazırda məhdud pestisid istifadəsi üçün təhlükə yaradır.
“APA-Economics”in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İnvestisiya Mərkəzinin direktoru Məhəmməd Manssouri Azərbaycan və Gürcüstan çayları ikinci Beynəlxalq Çay Günü ərəfəsində onlayn təşkil olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu həmçinin iki ölkənin su ehtiyatlarına təsir göstərə bilər.
“Dayanıqlı və perspektivli bir yanaşma, iqlim dəyişikliyi səbəb olduğu potensial risklər də nəzərə alınmaqla, Azərbaycan və Gürcüstan çay sektorunun uğurlu inkişafı üçün açar rolunu oynayır”, – deyə M. Manssouri bildirib.
Bildirilib ki, Gürcüstan və Azərbaycan çaylarının yerli istehlakçılar arasında və qonşu ölkələrdə aldığı müsbət dəyər və potensialı, lazımi dəstəklə beynəlxalq bazarda daha geniş yer tuta bilər.
Öz növbəsində, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi və Şərqi Avropa, Qafqaz və Türkiyə üzrə Regional rəhbəri Vojtek Boniasçuk qeyd edib ki, çay üçün beynəlxalq rəqabət mühiti asan olmasa da, bilik və texnologiyaya doğru sərmayə qoyularaq təsərrüfat və emal keyfiyyətinin artırılması ilə Azərbaycan və Gürcüstan çayları keyfiyyət və dayanıqlılığın təsdiq olunan simvollarına çevrilə bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button