Siyasət

İqor Korotçenko: “Revanş Ermənistanın xəritədən silinməsinə gətirib çıxara bilər”

“Ermənilərin Türkiyədən “şeytan” obrazı yaratmaq cəhdi informasiya müharibəsidir. Erməni lobbisi Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərinə qarşı çıxmağa çalışır”.

Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, erməni lobbisinin qarşısına qoyduğu məqsəd budur ki, Rusiya öz ətrafına yalnız Ermənistanın eynəyindən baxsın, Rusiyanın hərbi-siyasi rəhbərliyinin ümumi görüntüsü pozulsun: “Biz bu gün görürük ki, Ermənistan natamam bir dövlətdir. Bu dövlət uğursuz hərbi strukturun nümunəsidir. 44 gün ərzində on min hərbçi fərari oldu. Bu, dövrümüz üçün görünməmiş hadisədir. Bu gün Ermənistanı kapitulyasiyaya məcbur edən “Dəmir yumruq” əməliyyatının nümunəsi digər ölkələrin hərbi akademiyalarında təcrübə kimi keçilməkdədir. Biz 21-ci əsrin ordusu- Azərbaycan Ordusunun nümunəsi əsasında təcrübə keçirik. Yüksək dəqiqlikli silah, kəşfiyyat qüvvələrinin, radio-elektron cihaz və nəhayət, bir neçə yüz pilotsuz uçuş aparatının istifadəsi ilə böyük miqyaslı təcrübələr keçirik. Bu həqiqətən də quruluşun, hərbi düşüncənin və Ali Baş Komandan Prezident İlham Əliyevin qazandığı zəfərdir”.

Ekspert hesab edir ki, əgər Ermənistan revanş yolunu seçsə, bu, onun siyasi xəritədən silinməsinə gətirib çıxara bilər: “Buna görə də, hazırda Ermənistan cəmiyyətinin qarşısında çox sadə çıxış yolu var. Ermənistan ya hazırkı sərhədlərini qoruyaraq qonşu ölkələrlə iqtisadi münasibətlərini bərpa etməlidir, ya da revanşist ideologiyalı siyasətçiləri seçərək siyasi xəritədən silinmək təhlükəsi ilə qarşılaşacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button