Dünya

İrakli Qaribaşvili: “Gürcüstan Cənubi Qafqazın imkanlar bölgəsinə çevrilməsini dəstəkləyir”

“Batumi beynəlxalq konfransı bizim Cənubi Qafqazın münaqişələr bölgəsindən imkanlar regionuna çevrilməsi baxışımızı dəstəkləyən platformadır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili tvitter hesabında yazıb.
O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Moldova prezidenti Maya Sandu və Ukrayna lideri Vladimir Zelenskinin beynəlxalq tədbirə qatılmasından böyük şərəf duyduğunu vurğulayıb.
Qeyd edək ki, XVII Batumi beynəlxalq konfransı bu gün baş tutub. Tədbirin mövzusu Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına inteqrasiyası olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button