İqtisadiyyat

İran və Azərbaycan məhsullarının birgə sərgi və satış yarmarkası keçirilə bilər

İran və Azərbaycan məhsullarının birgə sərgi və satış yarmarkasının keçirilməsini təklif olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu təklifi İranın Şərqi Azərbaycan (Təbriz) valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı səsləndirib.
O həmçinin gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.
Ə. Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.
Daha sonra, ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button