Dünya

İranda jurnalistləri daşıyan avtobus qəzaya uğradı, ölən və xəsarət alanlar var

İranda jurnalistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə IRIB teleradioyayım şirkəti məlumat yayıb.
Hadisənin təfərrüatı açıqlanmır. İranın Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Rəbii və Səid Xatibzadə ölən və yaralananların doğmalarına başsağlığı verib.
Daha əvvəl ILNA agentliyi bildirib ki, qəza Neqede şəhərində baş verib. Avtobus çevrilərək aşıb. Avtobusda ətraf mühit məsələlərini işıqlandıran jurnalistlər olub. Onlar Urmiya gölünə baxış keçirmək üçün gedirmiş.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button