Dünya

İranda motosiklet qəzaya düşdü, ailənin 4 üzvü öldü

İranın Qum şəhərində minik maşını ilə motosikletin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “IRIB” telekanalı yayıb.
Məlumata görə, Qum şəhərinin Əl-Qədir xiyabanında “Pejo” markalı minik avtomobili motosikletlə toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bildirilib ki, motosikletdə bir ailənin üzvləri olub. Ata, ana və iki övlad, avtomobilin sürücüsü hadisə yerində ölüb, 3-cü uşaq isə yaralı halda hospitala yerləşdirilib.
Qeyd edək ki, motosiklet İranda ən çox istifadə olunan nəqliyyat vasitəsdir. Çoxsaylı ailə üzvlərinin motosikletə mindirilməsi isə adi hallardan sayılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button