Dünya

İranda namizədlərdən biri prezident seçkisində iştirakdan imtina edib

İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, o, bu barədə İranın Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda bildirib.
Mehrəlizadə məktubda seçkidə iştirakdan imtina etməsinin səbəbini açıqlamayıb.
Xatırladaq ki, prezidentliyə 7 namizəd qeydə alınmışdı: İran ali məhkəməsinin sədri İbrahim Rəisi, məsləhət şurasının katibi Möhsün Rzayi, Mərkəzi Bankı keçmiş müdiri Abdülnasir Himməti, təhlükəsizlik şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyn Kazizadə-Haşimi, Qum şəhərindən olan deputat Əlirza Zakani və Möhsün Mehrəlizadə. Hazırda namizədlərin sayı 6-ya düşüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button