Dünya

İranda partlayış olub, xəsarət alanlar var

İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məşğul olan zavodda partlayış olub.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.
“Kimya zavodunda baş vermiş partlayışın səbəbi araşdırılır, 9 nəfər xəstəxanaya aparılıb”, – deyə “Mehr” dövlət agentliyi yerli tibb xidmətinin mətbuat katibi Abbas Abedidən sitat gətirib.
Qeyd edək ki, bu, son günlər İranda kimya zavodlarında baş verən ikinci hadisədir. Mayın 2-də Qum şəhərində yerləşən kimyəvi zavodda da yanğınla nəticələnən partlayış baş verib. Güclü yanğından sonra bir neçə partlayış qeydə alınıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button